Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planında hamilə qadınlara sistemli nəzarətin aparılması məqsədilə vahid elektron reyestrinin yaradılması nəzərdə tutulub.
“Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində “Hamilə Qadınların Elektron Reyestri”nin işlənib hazırlanması və tətbiqi həyata keçirilir.
Reyestrdə hamilənin qadın məsləhətxanasında qeydiyyatdan keçdiyi vaxtdan hamiləliyin sonuna qədər olan vəziyyəti barədə vacib məlumatlar toplanılır.