Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei Honor 7” rəsmi təqdim edilib


"Huawei" şirkəti "Honor" brendi altında yeni smartfonunu təqdim edib. "Huawei Honor 7" smartfonu metal korpus, "Kirin" prosessoru, barmaq izi skaneri və əla fotokamera ilə təchiz edilib.

"Huawei Honor 7" üç modifikasiyada əlçatandır: rabitə vasitələrinin dəsti və daxili yaddaşın həcminə görə bir-birindən fərqlənirlər. Standart model 16 QB daxili yaddaşa və "LTE" dəstəyinə malikdir. Ən qabaqcıl model 64 QB daxili yaddaşa, LTE və iki "SİM" kart dəstəyinə malikdir.

"ICTnews" elektron xəbər xidməti "hi-tech.mail.ru" saytına istinadən bildirir ki, hər üç model metal korpusa , "FHD" təsvir ölçülü və 423 ppi sıxlığına malik 5,2 düymlük ekranla təchiz edilib. Aparat bazası qismində 64 bitlik "Kirin 935" prosessoru istifadə olunur. "Mali-T628 GPU" prosessoru qrafikanı təmin edir. Əməli yaddaşın tutumu 3 QB təşkil edir, "microSD" yaddaş kartının köməyi ilə daxili yaddaşın tutumu artırmaq olar. Yeni qurğunun ölçüləri 143,2x71,9x8,5 mm, çəkisi 157 qramdır.

"Huawei Honor 7" smartfonu 20 meqapiksellik arxa kamera, 8 meqapiksellik ön kamera ilə təchiz edilib.
Rabitə vasitələrinə gəlincə, "Huawei Honor 7" qurğusu "NFC", "Wi-Fi 802.11a/b/g/n/ac" (2.4-5 QHs), "Bluetooth 4.1", "A-GPS", "GSM", "WCDMA", "LTE" ilə təchiz edilib və iki "SİM" kart dəstəyinə malikdir.
Akkumulyator batareyasının tutumu 3100 milliamper/saat təşkil edir. Sürətli enerjidoldurma funksiyası reallaşdırılıb: akkumulyatorun 100 faiz şarj toplaması üçün 1 saat 25 dəqiqə tələb olunur.
Yeni qurğu "Android 5.0 Lollipop" sistemi ilə idarə olunur.

Emil Hüseynov




01/07/15    Çap et