Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” qurğularının istifadəçilərinə 90 ölkədə vahid rouminq xidmətləri təqdim ediləcək
“Apple SİM” xəritəsi ilə təchiz edilmiş “Apple” qurğularının istifadəçilərinə vahid rouminq xidmətləri təqdim ediləcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, məlumatların ötürülməsi üçün vahid rouminq xidmətlərindən “GIGSKY” tərəfdaş şirkəti vasitəsi ilə dünyanın 90 ölkəsində istifadə etmək mümkün olacaq.
Bu günədək rouminq xidmətləri yalnız ABŞ-da və Böyük Britaniyada təqdim edilirdisə, artıq Avropa, Asiya-Sakit okean regionu, Afrika, Cənubi Amerika və digər ölkələrdə də tətbiq ediləcək.
“Apple SİM” xəritələri Avstraliya, Kanada, Fransa, Almaniya, İtaliya, Niderland, İspaniya, İsveç, İsveçrə, Türkiyə, İngiltərə və ABŞ-da satılır.
Aynur Vəliyeva
01/07/15 Çap et