Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Afrikada ödənişli TV abunəçilərinin sayı bir il ərzində 15 faiz artıb
"Dataxis" şirkətinin tədqiqatına əsasən, Afrikanın ödənişli televiziya bazarının abunəçi bazası bir il ərzində 15 faizdən çox artıb.
"ICTnews" elektron xəbər xidməti "cableman.ru" saytına istinadən bildirir ki, bütövlükdə Afrikada ödənişli TV abunəçilərinin bazası baxılan dövrdə 1,97 milyon abunəçi artıb.
Bu halda "DTH" əsasında peyk televiziyası platformaları 1,48 milyon yeni abunəçi cəlb edə bilib.
Bir il ərzində rəqəmli efir televiziyasının bazası 378,6 min yeni abunəçi cəlb edib.
"IPTV" abunəçilərinin sayı 26 min artıb.
Emil Hüseynov
02/07/15 Çap et