Google” istifadəçilərin maliyyə məlumatlarını toplayacaq
ABŞ-ın “Google” internet şirkəti ödəniş əlavələri ilə bağlı informasiyanı izləmək üçün ayrıca servis yaradacaq.
“Google Payments” adlanan yeni xidmət mağazalarda alış-verişin ödənişi üçün “Android Pay” servisindən və “Google Wallet” pulköçürmələri sistemindən istifadə edən istifadəçilərin maliyyə informasiyasını emal edəcək.
Şirkət nümayəndəsi məsələyə münasibət bildirərək qeyd edib ki, biz ödənişlərlə əlaqədar yeni məhsul istifadəyə verməyə hazırlaşırıq. İstifadəçilərin bütünü ödənişləri izləyə biləcək “Google” akkauntuna bağlı “payments.google.com” saytı yaradılacaq.
“Google Payments” servisində istifadəçilərin həyata keçirdikləri əməliyyatlar, eləcə də bu və ya digər ödəniş kartının istifadə müddətinin başa çatması ilə bağlı mühüm məlumatlar təsvir olunacaq. Saytda istifadəçilər funksiyaları dəyişə və öz hesablarını idarə edə biləcəklər.
“Google” ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda “Google” dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.
“Google” axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar “YouTube” videohostinqinin sahibidir, “Gmail” poçt servisi və “Google+” sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün “Android” əməliyyat sisteminin tərtibatçısıdır, -
“Payspacemagazine” yazır.