Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda mobil cihazlarla bağlı elektron xidmətlər yenə də aktual olub


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mobil cihazlarla bağlı elektron xidmətlərindən istifadənin növbəti statistikası bəlli olub.
 
RYTN-in Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, iyun ayı ərzində “Mobil cihazların qeydiyyatdan keçirilməsi” xidmətindən 29179 dəfə, “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətindən isə 29016 dəfə istifadə edilib.
 
“Elektron hökumət” portalı üzərindən “Mobil cihazların qeydiyyatdan keçirilməsi” e-xidməti vasitəsilə mobil cihazların İMEİ kodları qeydiyyatdan keçirilir.
 
Portalda “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətini seçməklə mobil cihazların originallığını yoxlamaq mümkündür.
 
CAHANGİR




02/07/15    Çap et