Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazirlik 52 rayon və şəhər idarələri arasında fiber-optik xətti çəkəcək
Azərbaycanda nazirlik binaları ilə onun yerlərdəki idarələri arasında fiber-optik bağlantı qurulur. Artıq bununla əlaqədar olaraq bir neçə nazirlik tərəfindən tədbirlər həyata keçirilib.
Hazırda Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məlumat mərkəzi ilə onun 52 rayon və şəhər idarələri arasında yüksəksürətli korporativ şəbəkənin yaradılması məqsədilə kənd təsərrüfatı idarələrinin inzibati binasına fiber-optik xəttinin çəkilməsi və sonlandırılması üzrə işlərin təkliflər sorğusu üsulu ilə satın alınması və quraşdırılması işinə başlanılıb.
KTN bununla bağlı olaraq bildirir ki, fiber-optik xətlərin çəkilməsi üzrə fəaliyyət göstərən təşkilatlar öz təkliflərini nazirliyə təqdim edə bilərlər. Maraqlanan təşkilatlar (012) 498-08-44, 498-21-59, 498-66-18, 493-20-70 telefon nömrələri (daxili nömrə: 257) ilə əlaqə saxlayaraq tenderdə iştirak etmək imkanları var.
KTN vurğulayır ki, təkliflər sorğusunda iştirak etmək üçün sənədlər bu ilin iyulun 6-na qədər qəbul olunacaq.
Qeyd edək ki, satınalma müqaviləsi üzrə ödənişlər köçürmə yolu ilə aparılacaqdır. Malgöndərən (podratçı) tərəfindən təklif olunan mallar və işlərin qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərcləri nəzərə alınmaqla göstərilməlidir. Göndərilən mallar, yerinə yetiriləcək işlər və xidmətlər əsas şərtlər toplusundakı bütün tələblərə cavab verməlidir.
Qiymət təklifləri qapalı zərfdə, imzalanıb möhürlənərək iyulun 10-u tarixinə qədər Ü.Hacıbəyli küç. 80, Hökumət Evi, 7-ci mərtəbə, otaq 755 ünvanına təqdim olunmalıdır.
SEYMUR
02/07/15 Çap et