Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İsveç NATO-nun Kibermühafizə Mərkəzinin tərəfdaşı olacaq
İsveç NATO-nun Kibermühafizə Mərkəzi (Estoniya) tərəfdaşı olmaq haqda qərar qəbul edib.
"İsveçin iştirakı Baltik regionunda kibertəhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirəcək. Mərkəzin direktoru polkovnik Artur Suzik bildirib ki, İsveçin texniki ekspertləri mərkəz tərəfindən təşkil edilmiş və real vaxt rejimində keçirilən dünyanın “Locked Shields” adlı ən böyük kibermühafizə təliminə töhfə verib" – hökumət nümayəndəsi əlavə edib.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, İsveç krallığının müdafiə nazirinin müavini Yan Salestrand bildirib ki, İsveç regionda və bütün dünyada kibertəhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verməyi ümid edir.
Avstriya, Çexiya, Estoniya, Fransa, Almaniya, Macarıstan, ABŞ, İtaliya, Latviya, Litva, Slovakiya, Polşa, Niderland, İspaniya və Böyük Britaniya sözügedən mərkəzin üzvü və sponsorudur.
Emil Hüseynov
02/07/15 Çap et