Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bir ayda 41 mindən artıq nömrənin hansı mobil operatora daşındığı öyrənilib


“Elektron hökumət” portalı vasitəsilə mobil nömrənin hazırda hansı mobil operatorun şəbəkəsinə daşınması və ya bu xidmətdən istifadə etməməsi barədə məlumatın təqdim olunması istifadəçilərin işinə yarayıb. Belə ki, bu xidmətdən istifadə etməklə abunəçi öz zənginin dəyərini hesablaya bilər. 


 
Cari ilin iyun ayında “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” e-xidmətindən 41778 dəfə istifadə olunub.
 
 
Qeyd edək ki, Açıq Hökumət Məlumatları portalında (data.gov.az) “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” məlumat bazası açıq edilib və bu baza əsasında mobil tərtibat hazırlanıb.
 
 
CAHANGİR






02/07/15    Çap et