Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” sosial şəbəkəsi məlumatların böyük məsafələrə ötürülməsi üçün lazer nümayiş etdirib
“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq lazer əsasında işləyən yeni kommunikasiya sisteminin şəkillərini dərc edib. Yeni kommunikasiya sistemi ucqar və az inkişaf etmiş regionlarda internetə çıxışın tətbiqi üçün planlaşdırılır.
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, sistem “Connectivity Lab” bölməsinin mütəxəssisləri tərəfindən layihələşdirilib. Xatırladaq ki, “Connectivity Lab” ötən ilin yazında maksimum insanın internet çıxışla təmini ilə bağlı məsələlərin reallaşdırılması üçün yaradılıb.
Mark Zukerberq bildirib ki, yeni sistem məlumatları böyük məsafələrə yüksək sürətlə ötürməyə imkan verir. Nümayiş məqsədi ilə lazer şüaları gözlə görsənir, amma kommersiya qurğularında lazer şüalarını ayırd etmək olmayacaq.
Bu sistemi məlumatların yerüstü istehlakçılara ötürülməsi üçün pilotsuz uçan aparatlara quraşdırmaq planlaşdırılır. Dronlar təxminən 18-20 km hündürlükdə işləyəcək və günəş batareyaları ilə enerji toplayacaq. Pilotsuz təyyarələr bir neçə illər havada qala biləcək.
Emil Hüseynov
03/07/15 Çap et