Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada qeydiyyatdan keçən domenlərin sayı 300 milyona yaxınlaşır


Martın 31-nə olan vəziyyətə görə, bütün yüksəksəviyyəli ümumi domenlərdə qeydiyyatdan keçən domen adlarının sayı 294 milyona çatıb.

Ötən ilin dördüncü rübü ilə müqayisədə artım 6 milyon və ya nisbi ifadədə 1,9 faiz təşkil edib. Bu barədə “.COM” və “.NET” ümumi yüksəksəviyyəli domenləri idarə edən və iki DNS özək serverinin dəstəyini həyata keçirən “Verisign” şirkətinin hesabatında deyilir.  
 
Bu, onu deməyə əsas verir ki, hazırda dünyada domen adlarının sayı artıq 300 milyona çatıb və ya bu səviyyəyə yaxınlaşır.
 
“.COM” domeni mütləq lider olaraq qalır. Cari ilin martın 31-dək burada 117,9 domen adı qeydiyyatdan keçib. “Verisign” “.COM” və “.NET” domenlərində adların ümumi sayı 133 milyon təşkil edib ki, bu da ötən ilin birinci rübündən 3,1 faiz çoxdur, - "IT Expert   yazır.




03/07/15    Çap et