Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Intel” korporasiyasının prezidenti şirkəti tərk edəcək


ABŞ-ın “Intel” korporasiyasının prezidenti Rene Ceyms başqa şirkətdə rəhbər vəzifə tutmaq üçün istefa verir.


"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Rene Ceyms növbəti ilin yanvarınadək öz işini davam etdirəcək.


Bundan başqa, 2016-cı ilin əvvəlində “Intel” korporasiyasında 35 il işləmiş riskli investisiyalar üzrə “Intel Capital” bölməsinin prezidenti Arvind Sadxoni təqaüdə gedəcək.

Əsas fəaliyyəti kompüterlər üçün mikroprosessor istehsalından  ibarət olan “Intel” korporasiyası son zamanlar fərdi kompüter satışlarının azalmasına görə çətinlik yaşayır. Son rübdə şirkətin xalis mənfəəti yalnız 3 faiz yüksəlib, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə ümumi gəlir dəyişməyib.

Emil Hüseynov




03/07/15    Çap et