İnşaatçılar üçün yeni nəsil ekzoskelet hazırlanıb
"Panasonic" şirkəti sentyabrda əvvəlki nəsil ekzoskelet modelini bir sıra parametrlər üzrə üstələyən, inşaatçılar və yükdaşıyanlar üçün nəzərdə tutulan yeni nəsil ekzoskeletin satışına başlayacaq.
Qurğu əşyaları döşəmədən qaldıran və ya döşəməyə endirən zaman beldə ağırlığı yüngülləşdirmək üçün nəzərdə tutulub.
Ekzoskelet bir-biri ilə elektrik mühərriki ilə birləşən iki hissədən ibarətdir. Aşağı hissə kəmərlə ayaq və buda, digəri sinəyə bağlanır. İşçi beli əyən və düzəldən zaman elektrik mühərriki karkası işə salmaqla onurğada və kürək əzələlərində ağırlığı azaldır. Qurğu çəkisi 15 kiloqramadək olan yükləri qaldıra bilir.
Yeni ekzoskelet modeli avtonom rejimdə 8 saatadək işi təmin edən akkumulyatorla təchiz edilib. Əvvəlki nəsil model enerji toplamadan 2,5 saatadək işləyə bilir. Bundan başqa, yeni nəsil modelin çəkisi 1 kq yüngül olmaqla 6 kq təşkil edir.
Yeni ekzoskeletin qiyməti 1 milyon yendir (8,2 min dollar). Şirkət ildə min belə qurğu satmağı planlaşdırır. Paralel olaraq ekzoskeletlərin 50 min yen (410 dollar) aylıq ödənişlə icarəyə verilməsi müzakirə olunur. 2020-ci ilədək bazara yükqaldırma qabiliyyəti 80 kq-dək olan yeni nəsil ekzoskeletlərin çıxarılması planlaşdırılır, -
"NEWSru" yazır.