Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Günəş və kosmik hava tədqiqatları üzrə beynəlxalq konfrans keçiriləcək


Azərbaycanda “Günəş və Günəş-tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
 
Elmin İnkişafı Fondunun təşkilatçılığı və AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi-təşkilati dəstəyi ilə bu ayın 6-8 tarixlərində düzənlənəcək konfransda Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstandan  olan tanınmış alimlər Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal məruzələrlə çıxış edəcəklər. Azərbaycanın müxtəlif qurumlarından olan alimlər də öz tədqiqatlarının nəticələrini məruzə edəcəklər.
 
 
Konfransın 2 iş günü Bakı şəhərində, bir sessiyası isə Şamaxı Astrofizika Rəsədxanasında baş tutacaq.
 
Elmi məruzələrlə yanaşı, əməkdaşlıq məsələləri də müzakirə olunacaq.  Əlavə məlumatla konfransın  internet səhifəsində tanış olmaq olar. 
 
 
SEYMUR




03/07/15    Çap et