Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda daha bir arayış elektronlaşdırılır


 “Azərsu” ASC-nin abonentləri yaxın zamanlarda daha bir elektron xidmətdən istifadə etmək imkanı qazanacaqlar.
 
Qurumdan verilən məlumata görə, onlar içməli su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olub-olmaması barədə arayışı elektron formada əldə edə biləcəklər.
 
Artıq bu istiqamətdə işlər yekunlaşmaq üzrədir və xidmətin “Elektron hökumət” portalına inteqrasiyası da nəzərdə tutulur, - deyə ASC-dən bildirilib.
 
CAHANGİR
 
 




03/07/15    Çap et