Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MasterCard” parol əvəzinə “selfi” şəkillərdən istifadəyə qərar verib


“MasterCard” şirkəti yeni proqramı sınaqdan keçirməyə başlayıb: onlayn alış-veriş istifadəçinin sifətinin skan edilməsi yolu ilə təsdiqlənəcək. Sınaqlar uğurlu olduğu halda proqram ictimai istifadə üçün əlçatan olacaq.


"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, alış-verişin son mərhələsində alıcı smartfonun köməyi ilə öz fotoşəkilini çəkməlidir. “MasterCard” şirkətinin nümayəndəsi hesab edir ki, bu, parolları yadda saxlamaqdan daha asandır. Ödəmə sistemi yeni innovasiya alətinin köməyi ilə fırıldaqçılığın səviyyəsini azaltmağı planlaşdırır.

"Düşünürəm ki, “selfi” şəkillərlə yaşayan yeni nəsil yeniliyi bəyənəcək" – “MasterCard” şirkətinin təhlükəsizlik sahəsində innovativ həllər üzrə direktoru Acay Bxala deyib.

Hazırda “MasterCard” şirkəti “SecureCode” adlı onlayn ödəniş təhlükəsizlik texnologiyasından istifadə edir: internetdə ödənişin təsdiqi üçün parolun daxil edilməsini nəzərdə tutur. Şirkətin məlumatına görə, bu texnologiya ötən il 3 milyard tranzaksiyada istifadə olunub.

Ancaq parolları ələ keçirmək mümkündür. Bu səbəbdən maliyyə şirkətlərinin bir çoxu “iPhone” smartfonunda barmaq izinin skan edilməsi texnologiyasından istifadə edən “Apple” şirkəti kimi istifadəçilərin rahatlığı və təhlükəsizlik səviyyəsinin gücləndirilməsi üçün biometrik texnologiyaların tətbiqinə başlayıb.


Emil Hüseynov
 
 
 




04/07/15    Çap et