Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-2020-ci illərdə rəqəmli kainatın həcmi 10 dəfə artacaq


Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaradılmasından ötən 150 ildə informasiya-kommunikasiya texnologiyaları (İKT) inanılmaz dərəcədə dəyişib: bu gün avtonom teleqraf aparatlarını "ağıllı" rabitə vasitələri əvəz edib.

Telekommunikasiya, informasiya texnologiyaları (İT) və kompüter texnikası təkmilləşərək daha güclü və çoxfunksiyalı olub. Mobil telefonların qiymətinin ucuzlaşması və onların funksionallığının genişlənməsi nəticəsində planetin əhalisinin əksəriyyəti tezliklə hesablama gücü 1980-ci illərin ən güclü kompüterlərini üstələyən mobil qurğulardan istifadə edəcək. Şəbəkə, qurğu və internet bu gün minilliyin əvvəlləri ilə müqayisədə artıq tamamilə fərqli şəkil alıb.
 
 
Biz gələcəkdə ehtimal ki, hərəkət zamanı, istənilən yerdə, istənilən vaxt bir şəbəkədən digərinə nəzərə çarpmadan keçməklə, istənilən qurğudan istifadə etməklə daha yüksəksürətli qoşulma imkanlarından istifadə edəcəyik.

Texnologiyalar sahəsində analitik Meri Mikerin qiymətləndirməsinə əsasən, kompüter texnikasının hər yeni inkişaf mərhələsində qurulmuş avadanlıq parkı bir qayda olaraq, əvvəlki mərhələ ilə müqayisədə təxminən 10 dəfə artır. 2015-ci ilədək dünyada internetə qoşulmuş qurğuların sayı təxminən 15,8 milyard hesablanıb ki, bu da internetə qoşulmuş insanların sayından iki dəfə daha çoxdur. 2020-ci ilədək bu fərq ən azı altının birə nisbətində ola bilər ki, bu da bizim internet haqda təsəvvürümüzü dəyişdirəcək.
 
 
İlk öncə hərəkət zamanı səsli rabitə üçün hazırlanmış mobil telefonlar öz funksionallığını genişləndirərək xəbər, fotoaparat, videokamera, pul kisəsi, sosial şəbəkə və telefon məlumat kitabçası, kompaslara portativ çıxış vasitəsi olub. İndi "Google" şirkətinin "modulyar" smartfonunun yaradılmasını nəzərdə tutan "Ara" layihəsinin uğuru halında istifadəçilər mobil telefonun hissələrini (məsələn, ekran, foto və videokameralar) dəyişdirə biləcək.
 
2001-ci ildə müasir telekommunikasiya vasitələri və internet məsafə problemini aradan qaldırmış səbəb elan edilib, çünki internet və rabitə dünyanın istənilən nöqtəsində yaşayan insanların bir-biri ilə əlaqə saxlamasına imkan verib. İndi mobil telefonlar məkan amilinin aradan qalxmasına səbəb ola bilər: insanlar harada olmasından asılı olmayaraq danışa, işləyə və ya əyləncə axtara bilərlər.
 
Qurğuların sayının sürətli artımı və yeni sosial şəbəkə formaları onu göstərir ki, insanların şəxsi və peşəkar həyatı arasındakı sərhədlər aradan götürülür (məgər siz dostlarınızla əlaqə və şəxsi xəbərlər üçün "Facebook"dan, kolleqalarla əlaqə saxlamaq üçün "LinkedIn" şəbəkəsindən istifadə etmirsiniz?). Sosial şəbəkə xidmətləri (həmçinin "Facebook", "Twitter" və "LinkedIn") ayrı-ayrı insanlar arasındakı əlaqəni daha dinamik, interaktiv edir. Günümüzdə informasiya tez köhnəlir, çünki hazırda veb-trafik real vaxtda dünyadakı aktual hadisələri əks etdirir.
 



 


İndi əsas mövzu "Əşyaların interneti" texnologiyasıdır. Nəhayət, onillik mübahisə, müzakirələrdən sonra, "Əşyaların interneti" ("IoT") anlayışı meydana çıxıb. BTİ-nin 2005-ci il üçün hesabatına əsasən, "Əşyaların interneti" və bizim hiperbirləşdirilmiş dünyamız müxtəlif sahələrdə texnoloji nailiyyətlər kompleksini (simsiz və mobil birləşmənin qurulması imkanı, miniatürləşdirmə, nanotexnologiyalar, radiotezlik identifikasiyası ("RFID") və "ağıllı" texnologiyalar) əhatə edir. Bu texnologiyalar sahəsində nailiyyətlər birləşdirilmiş qurğuların miniatürləşdirilmiş, avtomatlaşdırılmış internetin yaradılmasına imkan yarada bilər.
 
 
Beynəlxalq Məlumat Mərkəzinin qiymətləndirməsinə görə, "Əşyaların interneti" texnologiyası sayəsində rəqəmli kainatın ölçüsü hər iki ildən bir ikiqat artır, 2013-2020-ci illərdə 10 dəfə (2013cü ildə 4,4-dən 2020-ci ildə 44 trilyon qiqabaytadək) artacaq.
 
Hazırda rəqəmli kainatda bütün məlumatların 60 faizi Almaniya, Yaponiya və ABŞ-ın payına düşür, ancaq 2020-ci ilədək məlumatların əsas hissəsi formalaşmaqda olan bazar iqtisadiyyatına malik ölkələrin (Braziliya, Çin, Hindistan, Meksika və Rusiya daxil olmaqla) payına düşəcək.
 
 
Emil Hüseynov
 
 




06/07/15    Çap et