Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Banklar gələcəyi biometrik texnologiyalarda görür


Dünya bankları mobil əlavələrdə istifadəçi identifikasiyası biometrik həllərinin aktiv tətbiqinə başlayıblar ki, bu da interfeysi təkmilləşdirməyə və əməliyyatların təhlükəsizliyini artırmağa imkan verir. Bu barədə “Mobey Forum” forumu çərçivəsində keçirilən tədqiqatdan məlum olub.
 
 
Tədqiqat zamanı aralarında Avropa, Şimali Amerika və Yaxın Şərqin maliyyə müəssisələrinin və həllər provayderlərinin nümayəndələrinin olduğu rəyi soruşulan 235 forum iştirakçısının 22 faizi artıq müştərilərə mobil xidmətlərdən istifadə üçün biometrik autentifikasiyanı təklif edir. Proqnozlara görə, yaxın gələcəkdə bu göstərici 65 faizədək artacaq, identifikasiyanın ən populyar üsulu isə barmaq izlərinin yoxlanması və səsin tanınması olacaq.
 
 
Respondentlərin əksəriyyəti qeyd edib ki, biometriyadan çox vaxt akkaunta daxil olmaq üçün istifadə olunur. Lakin ondan əməliyyatların və rəqəmli sənədlərin imzasının təsdiqi üçün istifadə sürətlə populyarlaşmağa başlayacaq. Banklar tərəfindən biometrik həllərdən istifadənin artmasının əsas səbəbi istifadəçilər üçün rahatlıq, eləcə də təhlükəsizliyin yüksək səviyyədə təmin olunması qeyd edilir.
 
 
Rəyi soruşulan bank nümayəndələrinin 58 faizi bildirib ki, onlar vahid istifadə interfeysinin yaradılması üçün əməkdaşlığa hazırdırlar. Eyni zamanda banklar mobil qurğu istehsalçılarından biometrik texnologiyalardan istifadə məsələlərində asılılıqdan ehtiyat edirlər, - "Payspacemagazine” yazır.




06/07/15    Çap et