Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Komissiyasına ünvanlanan elektron sorğuların sayı və məzmunu bəlli olub


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya iyun ayı ərzində elektron ünvanına daxil olan sorğuların statistikası, məzmunu və cavablandırılması barədə hesabatı açıqlayıb.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay komissiyanın elektron ünvanına 13 sorğu daxil olub. Bu müddətdə komissiyaya 5 CV ünvanlanıb. Elektron sorğuların 5-i isə komissiyanın səlahiyyətinə aid olmayan məsələləri əhatə edib.
 
Bundan əlavə, hər biri 1 ədəd olmaqla 10 iyun 2015-ci il tarixdə elan olunan müsahibəyə tələb olunan sənədlərlə, həmin tarixdə elan olunan müsahibənin proqramı ilə, eləcə də ümumi müsahibə və müsahibə ilə bağlı elektron sorğu göndərilib.
 
 
Bütün sorğular qanunvericilikdə nəzərdə tutulan müddətdə cavablandırılıb.
 
 
CAHANGİR
 
 




06/07/15    Çap et