Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Hesab.az”-da xidmət olunan bankların sırasına yenisi qoşulub


Bank VTB (Azərbaycan) “Hesab.az” onlayn xidmətlər portalına qoşulub.
 
“ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, artıq bu bankın müştəriləri də kredit borclarını “Hesab.az”-da rahat və təhlükəsiz şəkildə ödəyə bilərlər.
 
 
Bunun üçün portalda “Bank və lizinq” bölməsinə daxil olub, maliyyə təşkilatları arasından Bank VTB (Azərbaycan)-ı seçmək lazımdır.
 
 
Qeyd edək ki, kredit ödənişlərinə görə əlavə olaraq heç bir komissiya haqqı tutulmur. Hazırda “Hesab.az” portalında yalnız manatla olan kreditləri ödəmək mümkündür.
 
 
CAHANGİR
 




06/07/15    Çap et