Kibertəhlükəsizlik sahəsində patent texnologiyaların istehsalında liderlər məlum olub
"LexInnova" şirkətinin hesabatına əsasən, ABŞ, Kanada, Çin və Avstraliya kibertəhlükəsizliklə əlaqədar texnologiyalar üçün patentlərin alınmasına görə dünya liderləridir. ABŞ-ın "Cisco" və "Symantec" transmilli informasiya təhlükəsizliyi şirkətləri müvafiq olaraq 6442 və 5757 patentə sahibdir.
İnformasiya təhlükəsizliyi şirkətləri şəbəkə təhlükəsizlik protokollarına xüsusi diqqət yetirdikləri halda bölünmüş məlumat emalı və paket kommutasiyası arxa plana keçib.
Avstraliya, Çin və Kanada şirkətləri kriptoanalizə böyük maraq göstərir. Kriptoanalizlə əlaqədar tədqiqatlar üzərində iş sürətlə gedir. Bunun qeyd olunan ölkə hökumətlərinin kriptoqrafiya kimi sahədə aparılan tədqiqatlar üzərində nəzarəti gücləndirmək niyyətləri ilə bağlı olması güman edilir.
Texnoloji sektorun hökumətlərin fəaliyyət sahəsinə müdaxiləsindən tez-tez şikayət etməsinə baxmayaraq informasiya təhlükəsizliyində maraqlı olan sənaye bu sahəyə kiçik maliyyə vəsaitləri ayırır, -
"SecurityLab" yazır.