Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Alimlər: “İnsan telefondan informasiyanı daha yaxşı qəbul edir”
Bu yaz “Facebook Inc.” “SalesBrain” şirkətinə istehlakçıların smartfon və ya televizorda göstərilən reklama reaksiyasını aydınlaşdırmağı tapşırıb.
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, tədqiqatçılar iştirakçıların nəbzini, beynin aktivliyini ölçüb, gözlərin hərəkətini qeydə alıblar. Nəticədə alimlər müəyyənləşdirib ki, telefondakı informasiya televizorda göstərilən reklamla müqayisədə insanın diqqətini daha çox cəlb edir.
Bu belə izah edilib ki, biz telefonu özümüzə çox yaxın saxlayırıq və bu, bizi məzmunla bağlı daha diqqətli olmağa məcbur edir.
Emil Hüseynov
06/07/15 Çap et