Ədliyyə sistemində rəhbər şəxslərin görüşünə onlayn qaydada yazılmaq mümkünləşib
Azərbaycanda vətəndaşların rəhbər vəzifəli şəxslərlə görüşünün və birbaşa müraciətinin təmin edilməsi məqsədi ilə informasiya-kommunikasiya texnologiyalarından geniş şəkildə istifadə olunur. Bu istiqamətdə Ədliyyə Nazirliyi (ƏD) tərəfindən də müsbət nəticələr əldə edilib.
Belə ki, nazirlik bölgələrdə vətəndaşlarla keçirilən görüşlərdə onlayn qeydiyyat sisteminin tətbiqinə başlayıb. Bu addımı vətəndaşların rahatlığı üçün atdığını qeyd edir.
Nazirlikdən verilən məlumata görə, Xızı rayonunda ədliyyə naziri Fikrət Məmmədovla sakinlər arasında keçiriləcək qəbula elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına daxil olaraq
müraciət etmək lazımdır. ƏD-nin rəsmi saytından qeydiyyatdan keçərək növbəyə durmaq olar.
Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov tərəfindən iyulun 9-da Xızı rayonunda vətəndaşların qəbulu keçiriləcək. Qəbulda Xızı, Siyəzən və Şabran rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
SEYMUR