Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron hökumət” portalı vasitəsilə “GoMap”-dən 3 minə yaxın istifadə sayı qeydə alınıb
“Elektron hökumət” portalına inteqrasiyası Azərbaycanın ilk elektron xəritəsi olan “GoMap”-in daha da populyarlaşmasına səbəb olub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, mayın əvvəlindən portal üzərindən “GoMap”-dən yararlananların sayı 2942 olub.
Sözügedən xidmətin axtarış sistemi vasitəsilə istənilən obyektin ünvanını tapmaq, iki məntəqə arasında marşrutu müəyyən etmək mümkündür. Bundan əlavə, “GoMap” elektron xəritəsi bir neçə funksiyanı yerinə yetirir.
CAHANGİR
07/07/15 Çap et