Britaniyada birgə kibertəlimlər keçirilib
Pentaqon, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Agentliyi və ABŞ-ın digər agentlikləri Böyük Britaniyanın dövlət strukturları və beynəlxalq təşkilatlarla üçhəftəlik birgə kibertəlimlər keçirib. “Cyber Guard” adlanan təlimlər Böyük Britaniyanın Saffolk qraflığında baş tutub. Əməliyyatlar zamanı 14 komanda iki qitədə simulyasiya edilmiş kiberhücumlarla sınağa çəkilib.
Hər il keçirilən təlimdə bu dəfə xüsusi xidmət orqanları və dövlət strukturları ilə yanaşı, bank, energetika və digər sahələrin nümayəndələri iştirak edib ki, bu da ABŞ hökumətinə müxtəlif sənayelərin kiberhücumlara hazırlıq səviyyəsini yoxlamağa imkan verib.
“Bizim vəzifəmiz operativ hazırlığa nail olmaqdır”, - təlimlərin direktoru və ABŞ Silahlı Qüvvələrinin kiberkomandalar bölməsinin təlimatçısı Kevin Landey bildirib.
Təlimlər Cənubi Kaliforniyada güclü zəlzələnin imitasiyası ilə başlayaraq sonradan neft və qaz boru kəmərlərinin dağıdılmasına, dövlət qurumlarının fəaliyyətinə müdaxiləyə, eləcə də nağd vəsaitlərin dondurulmasına və mağazalara ərzaq tədarükünün qarşısının alınmasına yönələn koordinasiya edilmiş silsilə kiberhücumlarla davam edib. İştirakçıların qarşılaşdığı hücumun mürəkkəblik səviyyəsi maksimum müxtəlif olub, -
“SecurityLab" yazır.