Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Xüsusi Dövlət Mühafizə Xidmətinin Azərbaycanda “Skype”-ın fəaliyyətini məhdudlaşdırması bağlı yayılmış məlumatlara aydınlıq gətirilib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi ölkəmizdə “Skype”-ın bağlanması ilə bağlı yayılmış məlumatlara dair açıqlama verib.
Açıqlamada qeyd olunur ki, “Skype”-ın Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən qəsdən bağlanması ilə bağlı yayılmış məlumatlar tamamilə uydurulmuş məlumatlardır və heç bir həqiqəti əks etdirmir.
Belə ki, məlum olduğu kimi Xüsusi Dövlət Mühafizə Xidməti yalnız dövlət orqanlarının şəbəkələrinin və internet informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunmasını təşkil edir.
Ümumilikdə, respublikanın internet şəbəkəsi ilə əlaqəsinin təmin olunmasına heç bir aidiyyəti yoxdur və bu sahədə xidmət göstərmir. Bu isə o deməkdir ki, Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi ölkədə “Skype” və digər hər hansı bir internet xidmətlərinin məhdudlaşdırılmasını həyata keçirə bilməz.
Bununla yanaşı qeyd etmək istəyirik ki, “Skype” internet şəbəkəsinə və geniş istifadəçi şəbəkəsinə malik proqram təminatı olduğundan digər hər hansı bir proqram təminatı kimi onun da proqram-aparat təminatında və ya şəbəkə bağlantısında qısamüddətli problem yarana bilər. Lakin bunun bilərəkdən proqramın fəaliyyətinin məhdudlaşdırılması kimi qələmə verilməsi yolverilməzdir.
CAHANGİR
07/07/15 Çap et