Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Honkonqda “iPhone 6 Plus” smartfonu enerjidoldurma zamanı alışaraq yanıb


Bu günlərdə Honkonqda “iPhone” smartfonunun alışması ilə bağlı növbəti hadisə baş verib.
 
“Ejinsight” nəşri yazır ki, iyulun 4-nə keçən gecə 128 Qb yaddaşa malik “iPhone 6 Plus” qurğusunun sahibi smartfonunu enerji toplamağa qoyaraq cihazı çarpayının yanında yerləşən tumbanın üstünə qoyub. Təxminən səhər saat 8-də  partlayış səsinə oyanmış qadın görüb ki, smartfonu yanır.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, qadın yastıqla alovu söndürməyə nail olub və ona zərər dəyməyib. Smartfon isə yanıb.
 
Qurğunun sahibi bildirib ki, smartfonun enerji toplaması üçün orijinal enerjidoldurma qurğusundan istifadə olunub və bildirib ki, buna görə “Apple” şirkətindən kompensasiya almaq niyyətindədir.
 
Emil Hüseynov
 




07/07/15    Çap et