Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya çip bazarında satış həcmi 25 ay ardıcıl yüksəlir


Yarımkeçiricilər Sənayesi Assosiasiyası (“Semiconductor Industry Association”, “SIA”) ayın nəticəsinə görə sahə üzrə vəziyyət haqda növbəti məlumatını dərc edib.


Mütəxəssislərin hesablamalarına əsasən, 2015-ci ilin mayında yarımkeçiricilərin qlobal satış həcmi 28,2 milyard ABŞ dollarına yaxınlaşıb ki, bu da ötən illə müqayisədə 5,1 faiz yüksəkdir.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, regional nöqteyi-nəzərdən təhlilə əsasən, Şimali və Latın Amerikası ölkələrində çiplərin satışı nəzərəçarpacaq dərəcədə artıb - illik hesablama üzrə göstəricilər 11,4 faiz yüksəlib.
 
Həmçinin Çin (+9,5 faiz) və Asiya-Sakit okean regionunda (+8 faiz) artım qeydə alınıb, amma Avropa və Yaponiyada gəlir müvafiq olaraq 7,8 və 11,8 faiz azalıb.
 
Emil Hüseynov




07/07/15    Çap et