Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İcazələrin elektron informasiya portalından istifadə edənlərin sayı 380 minə yaxınlaşıb


İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış "www.icazeler.gov.az"  portalının xidmətlərindən iyun ayında 7300-ə yaxın, indiyədək isə 380 minə yaxın internet istifadəçisi yararlanıb.
 
Nazirlikdən verilən məlumata görə, iyunda portala yerli istifadəçilərlə yanaşı, xaricdən, o cümlədən ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya və s. ölkələrdən olan istifadəçilər də müraciət ediblər.
 
Xatırladaq ki, portal icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılıb.
 
Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək 20 dövlət qurumunun 159 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.
 
CAHANGİR




07/07/15    Çap et