Azərbaycanlı və yapon İT mütəxəssislər CVSS-in yeni azərbaycandilli 3.0 versiyasını hazırlayıb
Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT.GOV.AZ)
CVSS-in (Common Vulnerability Scoring System) yeni azərbaycandilli 3.0 versiyasını təqdim edib.
Mərkəzdən verilən məlumata görə, CERT.GOV.AZ boşluqların qiymətləndirilməsi metriksi olan CVSS-in yeni azərbaycandilli 3.0 versiyasını Yaponiyanın İT mütəxəssisləri ilə birlikdə hazırlayıb.
CVSS metriksi informasiya sistemlərindəki boşluqların informasiya sistemləri arxitekturasında yerini və boşluğun həmin arxitekturadakı funksionallığını nəzərə almaqla boşluğun host təşkilata xas təhlükəsizlik səviyyəsini müəyyən etmək, eləcə də risk faktorunu qiymətləndirmək üçün dizayn edilmiş xüsusi kalkulyator qiymətləndirmə sistemidir.
CVSS - 3.0 versiyalı metriksdən aşağıdakı keçidlər vasitəsi ilə yararlanmaq mümkündür:
http://jvnrss.ise.chuo-u.ac.jp/jtg/cvss/az/CVSSv3.html
http://jvnrss.ise.chuo-u.ac.jp/jtg/cvss/az/v3.html
CAHANGİR