Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

5 il sonra barmaq izi üç dəfə daha çox skan ediləcək


Müxtəlif texnologiya şirkətləri öz qurğularında barmaq izi skanerlərindən daha çox istifadə etməyə başlayacaq. Barmaq izi skanerlərinin qlobal bazarı ildə 17.1 faiz yüksələcək və 2020-ci ilədək üç dəfə artacaq.

"ICTnews" elektron xəbər xidməti “json.tv” saytına istinadən bildirir ki, “MarketsandMarkets” analitik şirkətinin hesabatına əsasən, barmaq izi skanerlərinə tələbat məlumatların mühafizəsi üçün biometrik texnologiyadan istifadə edən mobil proqramların populyarlaşması nəticəsində sürətlə populyarlaşacaq. Bu sensor hökumət, bank, maliyyə sahəsi, həmçinin səhiyyə və “ağıllı” evlərin layihələşdirilməsində aktiv istifadə edilir. Bundan başqa, barmaq izi skanerlərinin istehlak elektronikasında (smartfon, planşet və başqa elektronika qurğuları) tətbiqinə başlanılıb.

Barmaq izi skanerləri ən etibarlı autentifikasiya üsuludur. Bundan başqa, başqa texnologiyalarla müqayisədə daha ucuzdur.

Emil Hüseynov




08/07/15    Çap et