Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2015-ci ilədək planet əhalisinin 40 faizi internetdən istifadə edəcək
“İDC” analitik şirkətinin dərc etdiyi proqnoza əsasən, 2015-ci ilədək ABŞ-da mobil internet istifadəçilərinin sayı kabel internet istifadəçilərinin sayını ötəcək.
Şirkətin hesabatında qeyd olunub ki, hazırda ABŞ-da smartfon satışları adi mobil telefon satışlarını ötüb. Eyni zamanda, qeyd edilib ki, smartfon bazarı yaxın 4 ildə hər il təxminən 16,6% artacaq.
Analitiklər bildiriblər ki, 2015-ci ilədək internet planşetlər mobil bazara təsir göstərəcəklər. Kabel internetinin istifadəçilərinə gəlincə, cari ildə ABŞ-da istifadəçilərin sayı dəyişməyəcək, lakin gələn il bu seqmentdə azalma müşahidə olunacaq.
2010-cu ildə internet istifadəçilərin ümumi sayı 2 milyard olub, halbuki 2015-ci ilədək bu göstərici 2,7 milyarda qədər artacaq. Bu isə planet əhalisinin 40%-i deməkdir.
12/09/11 Çap et