Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Müasir internetin ilk şəkli
1992-ci ilin iyulunda müasir internetin ilk saytının yaradıcısı Tim Berners Li şəbəkədə ilk şəkil yerləşdirib. O zaman “CERN” musiqi festivalında çıxış etmiş qadınlardan ibarət “Les Horribles Cernettes” adlı pop-qrup alimin diqqətini cəlb edib.
“CERN” təşkilatının əməkdaşları olan qrupun iştirakçıları mahnılarını fiziki hadisələrə, alimlərin həyat tərzinə həsr etmişdilər.
"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, o zaman CERN-də Böyük Adron Kollayderi (“Large Hadron Collider”) tikirdilər və qrupun adı “LHC” abreviaturasının deşifri idi. Qrup o qədər populyarlaşmışdı ki, dünyada keçirilən başqa elmi konfranslara dəvətlər almağa başlamışdılar.
Bu gün ilk şəklin internetə məhz hansı gündə yüklənməsini müəyyən etmək mümkün deyil.
Emil Hüseynov
08/07/15 Çap et