Amerikalıların 1/3 hissəsi biometrik mühafizəyə güvənir
ABŞ istehlakçılarının 1/3 hissəsi biometriyanı effektiv mühafizə həlli hesab edir.
“Unisys” şirkəti tərəfindən 12 ölkədə 11 244 respondent arasında keçirilən sorğudan məlum olub ki, istifadəçilər ABŞ-ın bir sıra sənaye sahələrinin, o cümlədən pərakəndə satış, dövlət qulluğu və telekommunikasiyanın kibertəhlükəsizlik səviyyəsindən narahatdır.
İstehlakçıların biometrik mühafizənin effektivliyini qəbul etməsi dolaşıq nəticələr göstərib. Belə ki, ABŞ istifadəçilərinin 1/3 hissəsi hesab edir ki, biometriya fırıldaqçılardan qorunmaq üçün ən yaxşı mühafizə vasitəsidir. Təxminən bir o qədər insan biometriyanın effektsiz mühafizə sistemi olmasını düşünür.
Tədqiqatdan həmçinin məlum olub ki, istehlakçılar biometrik texnologiyalardan smartfon məlumatlarının mühafizəsi üçün istifadəsinə birmənalı yanaşmırlar. Respondentlərin yalnız 38 faizi bu həllin onların mobil qurğularını mühafizə etməyə imkan verəcəyi qənaətindədir. Bundan başqa, kişilər qurğularda biometrik mühafizədən istifadəyə qadınlardan daha çox meyil göstərirlər.
Bundan əlavə, istehlakçıların 39 faizi ABŞ-ın dövlət idarələrində olan fərdi məlumatlara qanunsuz müdaxilənin ola biləcəyindən narahatdır, -
"Payspacemagazine” yazır.