Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzeriCard” prosessinq mərkəzinin saytında daha bir bankın kreditlərini onlayn qaydada ödəmə imkanı yaradılıb


“Muğanbank” və “AzeriCard” prosessinq mərkəzi müştərilərin rahatlığını təmin etmək məqsədi ilə onlayn kredit ödənişi xidmətini aktivləşdirib.
 
 
Prosessinq mərkəzindən verilən məlumata görə, artıq “Muğanbank”müştəriləri kreditləri bankın saytında (www.muganbank.az) və “Azericard”-ın internet səhifəsində (www.azericard.com) onlayn ödəyə bilərlər.
 
 
Bunun üçün şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini, doğum tarixini daxil etmək tələb olunur.
 
 
CAHANGİR




08/07/15    Çap et