Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir Ucarda vətəndaşlarla görüşəcək


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iyul ayının 10-u saat 11:00-da Ucar rayonunda (Ucar, Zərdab, Kürdəmir, Ağdaş,) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.
 
    Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
 
    Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar üçün zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
 
Ucar rayonunda 213-37-77
Zərdab rayonunda 296-60-41
Kürdəmir rayonunda 255-15-99
Ağdaş rayonunda 235-51-58
 
 
Nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Mətbuat Xidməti
 
 
 
 




09/07/15    Çap et