Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” külək enerjisi ilə işləyən məlumat mərkəzi tikir


“Daily Mail” nəşri yazır ki, “Facebook” şirkəti tamamilə külək enerjisi ilə işləyəcək informasiyanın işlənməsi və saxlanması mərkəzini yaratmağı planlaşdırır.

"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, sosial şəbəkə sayca beşinci məlumat mərkəzini Texas ştatının Fort-Uort şəhərində tikməyi planlaşdırır. Məlumat mərkəzinin sahəsi 46,5 min kv metr təşkil edəcək. Mərkəzin yaradılmasına 500 milyon dollar xərclənəcək, heyəti 40 nəfərdən ibarət olacaq.

Məlumat üçün bildirək ki, sosial şəbəkənin auditoriyası hazırda 1,4 milyard nəfərdən ibarətdir. Bütün istifadəçilərin məlumatlarını saxlamaq üçün çoxlu saxlama yeri tələb olunur ki, bu da şirkəti öz məlumat mərkəzlərini tikməyə vadar edir.

Emil Hüseynov




09/07/15    Çap et