Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tətbiq etdikləri inzibati cərimələri “ASAN ödəniş” sistemi ilə ödəniləcək qurumların sayı artır


Azərbaycan Dövlət Statistika Komitəsi inzibati xəta törətmiş şəxsin elektron kabinetində yerləşdirilməsi, onun məlumatlandırılması, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi və inzibati cərimələrin elektron qaydada ödənilməsi imkanının təmin edilməsi üçün “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də göstərilən məlumatları real vaxt rejimində “ASAN ödəniş” sisteminə göndərəcək.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nda komitənin etdiyi dəyişiklik nəticəsində mümkün olacaq.
 
Onu da qeyd edək ki, artıq bir neçə mərkəzi icra hakimiyyəti orqanının (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və s.) tətbiq etdiyi inzibati cərimələrin “ASAN ödəniş” sistemi vasitəsi ilə ödənilməsi üçün müvafiq qaydalarda dəyişikliklər edilib.
 
CAHANGİR




09/07/15    Çap et