Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

14 iyul 2015-ci il tarixində “Windows Server 2003/R2” platformasının rəsmi dəstəyi dayandırılacaq


“Microsoft” korporasiyası populyar “Windows Server 2003” əməliyyat sisteminin dəstəyini dayandırmağa hazırlaşır. Bir çox şirkətlər artıq öz kompüterlərini yeniləyib və ya yaxın vaxtlarda bunu etməyə hazırlaşır. Əvvəlki kimi köhnə platformadan istifadə edənlər isə böyük məbləğdə zərərə məruz qala bilər. Bu haqda “TechRepublic” nəşrində yazı dərc olunub.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Microsoft”un saytındakı məlumata əsasən, 14 iyul 2015-ci il tarixində “Windows Server 2003/R2” platformasının rəsmi dəstəyi dayandırılacaq.
 
Bu gün proqram nəhəngi sözügedən əməliyyat sistemi üçün təhlükəsizlik yeniləmələri və düzəlişlər buraxmağı dayandıracaq, həmçinin internet dəstək də göstərməyəcək.
 
 
2015-ci ilin martında “Spiceworks” ekspertləri informasiya texnologiyaları sahəsində 1300-dən çox peşəkar arasında sorğu keçirib.
 
 Araşdırmanın nəticələrinə əsasən, şirkətlərin 63 faizi artıq tamamilə və ya qismən müasir platformalardan istifadəyə başlayıb.
 
Emil Hüseynov




10/07/15    Çap et