Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Böyük Britaniyada rəqəmli texnologiyaların inkişafına 1 milyard dollar xərclənəcək


ABŞ-ın “Cisco” şirkəti yaxın 3-5 ildə Böyük Britaniyada rəqəmli texnologiyaların inkişafına 1 milyard dollar xərcləyəcək.
 
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, şəbəkə avadanlığı istehsalçısı adıçəkilən ölkənin ərazisində öz şəbəkə akademiyası və tədris proqramlarının fəaliyyətini genişləndirəcək və ingilis startaplarına 150 milyon yatırım qoyacaq. “Cisco”, həmçinin cari ilin sonunadək Londonda 250 yeni iş yeri yaratmağa hazırlaşır.
 
Belə xarici layihələr ABŞ istehsalçısına başlanğıc mərhələdə perspektivli texnologiyalara giriş əldə etməyə, həmçinin öz həllərini dövlət sifarişçilərinə təqdim etməyə imkan verir. Bundan əvvəl Fransa ilə müvafiq saziş imzalanıb.
 
Emil Hüseynov




10/07/15    Çap et