“MasterCard” Avropa İttifaqının antiinhisar tələblərini yenidən pozub
Avropa İttifaqının (Aİ) antiinhisar orqanları ABŞ-ın “MasterCard” ödəniş sistemini ittifaq ərazisində bank kartları üzrə əməliyyatlar üçün komissiyaları süni artırmaqda şübhəli bilərək ona rəsmi iddia göndərib. Bu barədə Avropa Komissiyasının saytında deyilir.
“Biz “MasterCard”ı kartlar üzrə ödənişlərin qiymətini süni artırmaqda şübhəli bilirik ki, bu da Avropa istehlakçılarına və biznesə ziyan vurur”, - Aİ-nin rəqabət məsələləri üzrə komissarı Marqrete Vestager bildirib.
İddiada qeyd olunur ki, “MasterCard” Aİ ərazisində digər ölkələrdə buraxılan kartların köməyi ilə həyata keçirilən əməliyyatların emalının minimal dəyərini süni şəkildə artırır.
Bundan başqa, Avropa Komissiyasının məlumatına görə, "MasterCard”ın qaydaları banklara pərakəndə satışla məşğul olanlara komissiyaların yüksək ola biləcəyi Avropa iqtisadi zonasının digər ölkələrində tranzaksiyalar üçün daha az banklararası komissiyalar təklif etməyə imkan vermir. Nəticədə Aİ-nin müxtəlif ölkələrində yerləşən banklar arasında rəqabət məhdudlaşa bilər ki, bu da Avropanın antiinhisar qanunlarını pozur.
2014-cü ilin sentyabrında Avropa Məhkəməsi “MasterCard”ın Avropa Komissiyasının əcnəbilərdən Aİ ərazisində bank kartlarından istifadə zamanı tutulan yığımların məbləğini məhdudlaşdırmaqla bağlı qərarına qarşı qaldırdığı apelyasiyasını rədd edib, -
"Payspacemagazine” yazır.