Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pentaqon və ABŞ-ın Milli Təhlükəsizlik Nazirliyi Silikon vadisində nümayəndəlik açacaq


ABŞ-ın Müdafiə və Milli Təhlükəsizlik Nazirliyi öz fəaliyyətində müasir informasiya texnologiyaları və innovasiyalardan daha aktiv istifadə üçün Silikon vadisində nümayəndəlik açmaq niyyətindədir.

Bu haqda Ağ Evin yaydığı hesabatda qeyd edilib.

"ICTnews" elektron xəbər xidməti “tass.ru” saytına istinadən bildirir ki, hesabata əsasən, Pentaqon və Milli Təhlükəsizlik Nazirliyi tezliklə Silikon vadisində nümayəndəlik açacaq. Hərbi idarə və MTN texnoloji  şirkətlərlə əməkdaşlıq münasibətləri qurmağı və milli təhlükəsizliyin möhkəmləndirilməsi üçün ən yeni texnologiyalardan istifadə etməyi  planlaşdırır.


Emil Hüseynov
 




10/07/15    Çap et