Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” şirkəti “Windows Phone 7” əsasında olan smartfonların istehsalını dayandıracaq
“SamFirmware” portalının məlumatına əsasən, Cənubi Koreya nəhəngi 2012-ci ilə qədər “Windows Phone 7” əməliyyat sistemi ilə işləyən smartfonların istehsalını dayandırmaq niyyətindədir.
Bu barədə ətraflı informasiya verilməsə də, ekspertlər “Microsoft” platforması əsasında işləyən aparatları nəzərə alaraq “Samsung” üçün bu addımı qəribə hesab edirlər. Qeyd edək ki, “Windows Phone 7” ilə işləyən modellərin məşhurluğu tədricən artır.
Tezliklə fin şirkəti “Nokia” bu əməliyyat sistemi ilə olan ilk smartfonlarını təqdim edəcək. “Microsoft” korporasiyası ilə saziş şərtlərinə əsasən fin korporasiyası bir sıra üstünlüklər əldə edib.
12/09/11 Çap et