Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət Komitəsinin “Elektron hökumət” portalındakı bütün e-xidmətləri biznes sahələri üçün nəzərdə tutulub
Dövlət Gömrük Komitəsinin “Elektron hökumət” portalı vasitəsilə təqdim etdiyi 6 elektron xidmət birbaşa biznes sahələri üçün nəzərdə tutulub.
Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, bu e-xidmətlər “Gömrük ödənişləri”, “Gömrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsinin alınması”, “Malın adına görə malların təsvirin axtarışı”, “Malın koduna görə malların təsvirin axtarışı”, “Mənim idxal/ixrac əməliyyatlarım” və “Nəqliyyatın idxalı üçün gömrük rüsumların hesablanması” xidmətləridir.
Qeyd edək ki, “Elektron hökumət” portalı üzərindən təqdim olunan e-xidmətlər yeni biznes sahələrinin yaranmasında və inkişafında böyük əhəmiyyətə malikdir. Portalda biznes sahiblərinin ixtiyarına verilən müxtəlif dövlət qurumlarına məxsus elektron xidmətlərin çeşidi genişdir.
CAHANGİR
11/07/15 Çap et