Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bir ayda “Elektron hökumət” portalı üzərindən əldə olunan fərdi məlumatlar üzrə e-arayışların sayı 9 mini ötüb
“Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti iyun ayında “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan 20 elektron xidmətdən biri olub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay sözügedən xidmətə 9201 dəfə müraciət edilib.
Hazırda ölkəmizdə fəaliyyət göstərən bir sıra banklar bu elektron arayış əsasında kredit verirlər.
Qeyd edək ki, elektron arayış dövlət qurumlarının elektron informasiya ehtiyatları əsasında formalaşan elektron sənəddir, bu sənəd “Elektron hökumət” portalı tərəfindən e-imza ilə imzalanır.
CAHANGİR
11/07/15 Çap et