Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Mario" videooyununun yaradıcılarından biri dünyasını dəyişib


"Mario" videooyununun yaradıcılarından biri “Nintendo” şirkətinin prezidenti Satoru İvata 56 yaşında dünyasını dəyişib.

 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Satoru İvata 2000-ci ildə “Nintendo” şirkətində işləməyə başlayıb, iki il sonra şirkətə rəhbərlik edib. Proqramçı İvata “Nintendo” şirkətinin ilk  direktorudur ki, onun qurucusu Fusadziro Yamautinin ailəsinin üzvü deyil.

 
İvata 2004-cü ildə “Nintendo DS” oyun konsolunu çıxararaq qeymerlərin sayını artırmağa çalışıb.
 
Emil Hüseynov




13/07/15    Çap et