Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Direktorlar Şurası “Yahoo” şirkətinin satış imkanlarını nəzərdən keçirir


“The Wall Street Journal”-ın məlumatına görə, “Yahoo” Direktorlar Şurası bu yaxınlarda çıxarılmış Kerol Bartsın əvəzinə rəhbər təyin etməyə tələsmir. Hal-hazırda korporasiya rəhbərliyini yeni icraçı direktor deyil, internet- şirkətin satış məsələsi narahat edir.

“Yahoo” şirkətinin daxili "mətbəx"inə bələd olan insanlar iddia edirlər ki, Direktorlar Şurası şirkətin sonrakı inkişafının ən müxtəlif variantlarını nəzərdən keçirməyə hazırdırlar.

Hazırda “Yahoo” şirkətinin bazar kapitallaşdırması təxminən 18 milyard dollar təşkil edir. 3 il əvvəl “Microsoft” şirkəti internet nəhəng üçün təxminən 50 milyard dollar verməyə hazır idi, lakin “Yahoo”nun həmtəsisçisi Cerri Yanqın təzyiqi altında Direktorlar Şurası sazişi bəyənməyib.




12/09/11    Çap et