Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kompüter kodu proqramçılardan daha sürətli optimallaşdırmağı öyrənib
Massaçusets Texnologiya İnstitutunda yaradılmış “Helium” sistemi köhnə proqramların ikilik kodunu peşəkar proqramçılarla müqayisədə 10 dəfə daha sürətli optimallaşdırır.
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, Massaçusets Texnologiya İnstitutu və Hesablama texnikası və süni intellekt Laboratoriyasında çalışan tədqiqatçılardan ibarət komandanın yaratdığı “Helium” sistemi köhnə kompüter proqramlarını yeni aparat təminatı üçün optimallaşdırmağa və bununla da onların iş sürətini yüksəltməyə imkan verir.
"Biz əmin olduq ki, “Helium” sistemi bir gün ərzində kodun optimallaşdırması işini yerinə yetirməyə qadirdir, halbuki proqramçı bu işə üç ay vaxt sərf edə bilər. Buna oxşar sistemlər şirkətlərə proqramların yüksək sürətini təmin etməyə və yüzlərlə proqramçının vaxtına qənaət etməyə kömək edə bilər" – sistemin yaradıcılarından biri professor Saman Amarasinq deyib. O bildirib ki, hər il proqram kodunun optimallaşdırılmasına milyardlarla dollar xərclənir.
Emil Hüseynov
13/07/15 Çap et