Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilər yeni yüksəksəviyyəli domenlərə böyük maraq göstərir


Domen Adları Assosiasiyasının (Domain Name Association, DNA) keçirdiyi sorğuya görə, son vaxtlar istifadəçilərin yeni domen zonalarına marağı artıb.

“DNA” 10 ölkədə 5 min nəfərin rəyini öyrənərək ötən illə müqayisədə istifadəçilərin yeni yüksəksəviyyəli domenlər (New gTLD) haqqında daha çox məlumatlı olmasını və linklərə keçid etməklə tez-tez onlara daxil olmasını müəyyən edib. Onlar üçün yeni domenlər klassik “.com” və “.net” domenlərindən daha cəlbedici və maraqlı görünür, yaddaqalandır və saytın məzmununu daha aydın əks etdirir.  

İstifadəçilərin yeni domenlərə marağı ötən illə müqayisədə ümumilikdə 85 faiz artıb. Gözlənildiyi kimi, yenilikləri gənc istifadəçilər daha tez qavrayıb. 

Tədqiqatın əsas nəticəsi yeni domen zonaların böyük potensiala malik olmasını aşkar etməsindədir. Buna səbəb bazarın ilkin inkişaf mərhələsində olması, istifadəçilərin əksər hissəsinin "New gTLD” proqramı barədə xəbərdar olmamasındadır, - "Webnames” yazır.  




14/07/15    Çap et