Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil sahədə patent iddialarının sayı hər il 25 faiz artır


Son zamanlar mobil texnologiyalarla bağlı patent iddialarının sayı artıb. “Lex Machina”-dan analitiklər mobil korporasiyaların iddia ərizələri üzrə bir neçə illik statistikanı toplamağa qərar veriblər.

Bildirilib ki, 2006-cı ildən başlayaraq mobil texnologiyalarla bağlı patent şikayətlərinin sayı ildə təxminən 25% artır. Yalnız ABŞ-da avqustda 294 iddia verilib.

“Apple” və “Motorola” şirkətləri bu tip mübahisədə iştirak üzrə rekord qırıblar. “iPhone” istehsalçısı, məsələn, hal-hazırda 97 məhkəmə prosesində, “Motorola Mobility” isə 38-də iştirak edir.




12/09/11    Çap et